Modern.az

Deputat Sofiyaya gedir

Deputat Sofiyaya gedir

Aktual

22 Fevral 2019, 16:40

Milli Məclisin deputatı Rauf Əliyev fevralın  24-də  Bolqarıstanın Sofiya şəhərində Xocalı soyqırımının 27-cı il dönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.

Modern.az-ın məlumatına görə, toplantı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil ediləcək. Yığıncaqda Bolqarıstanın dövlət və özəl qurumları, KİV nümayəndələri, diplomatik korpusun rəhbərləri və diqər qonaqlar iştirak edəcəklər.

Bolqar ictimaiyyətinin Xocalı faciəsi barədə məlumatlandırılması məqsədilə Sofiya şəhərinin mərkəzində yerləşən Hərbi Klubda Azərbaycan Dövlət Pantomima Teatrının truppası tərəfindən “Xocalı-bu olub” tamaşası göstəriləcəkdir.

Səfər fevralın 26-da başa çatacaq.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!