Modern.az

Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək

Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək

Aktual

22 Fevral 2019, 19:33

Qazaxıstan prezidenti Nursultan Nazarbayev milli valyuta olan tenqenin banknot və sikkələrinin dizaynının yeni konsepsiyası barədə fərman imzalayıb.

Sənədə əsasən, Qazaxıstan milli valyutasının banknotları və sikkələrindəki yazı yalnız qazax dilində olacaq.

Kolleksiya və investisiya sikkələrində digər dillərdə yazılara icazə verilir.

Bundan əvvəlki konsepsiyada banknot və sikkələrdə qazax dilindən əlavə, rus dilində də yazı var idi.

Fərman imzalandığı gündən qüvvəyə minir. (oxu.az)

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz