Modern.az

Bu gün Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək  

Bu gün Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək    

Aktual

23 Fevral 2019, 09:32

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Modern.az-ın məlumatına görə, mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı