Modern.az

"Könül dünyasının rəngli arzuları"  

Aktual

23 Fevral 2019, 09:37

Fevralın 22-də "EminQ" art-studioda gənc rəssam Könül Məmmədlinin fərdi sərgisi açılıb. "Könülün dünyası" adlı sərgidə rəssamın müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş rəsmləri nümayiş olunub.

Qeyd edək ki, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin X sinif şagirdi olan Könül Məmmədli 2013-cü ildən etibarən Respublika müsabiqələrində iştirak edir. Belə ki, o, Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə keçirilən "Çirkli rəsm", "Beynəlxalq İnsan Hüquqları günü"nə həsr olunmuş "Mən və hüquqlarım", Azərbaycan Respublikası Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən "Fövqəladə Hallar uşaqların gözü ilə" və digər müsabiqələrdə birinci yeri tutub.

Tanınmış rəssam Emin Qəhrəmanovun tələbəsi olan Könül hazırda "EmArt" studiyasında öz istedadını təkmilləşdirir.
Xatırladaq ki, sərgi 3 gün davam edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı