Modern.az

İstanbulda zəncirvari qəza: 1 ölü, 4 yaralı

İstanbulda zəncirvari qəza: 1 ölü, 4 yaralı

Aktual

23 Fevral 2019, 09:40

Türkiyənin İstanbul şəhərində 11 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

 

Modern.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi D-100 magistralında qeydə alınıb. Hadisə nəticəsində bir nəfər həlak olub, 4 nəfər xəsarət alıb.

Qəzaya səbəb sürücülərdən birinin yağmurlu hava şəraiti ilə əlaqədar olaraq idarəetməni itirməsi və avtomobilin hasara çırpılması olub.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz