Modern.az

Salyanda sürücünü maşın vurdu

Salyanda sürücünü maşın vurdu

Aktual

23 Fevral 2019, 10:25

Ötən gecə  Ələt-Astara  avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən 27-ci km-də maşınından düşən sürücü başqa avtomaşınla vurulub.

 

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, avtomobil yolunun hərəkət hissəsinə mişar daşı düşdüyünü görən Salyan şəhəri, Babazanlı qəsəbə sakini,  40 yaşlı Cəmil Kamil oğlu Əhmədov idarə etdiyi 90 KC 647 dövlət nömrə nişanlı “VAZ-2107” markalı  minik avtomaşınını yolun kənarına çəkərək saxlayıb ki, həmin daşı götürsün. Bu zaman arxadan gələn başqa bir avtomaşın onu vuraraq hadisə yerindən uzaqlaşıb.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda hadisəni törədərək qəza yerindən qaçmış sürücünün tapılması üçün operativ axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı