Modern.az

Qadının məhkum ərinə heroin keçirmək cəhdi baş tutmadı

Qadının məhkum ərinə heroin keçirmək cəhdi baş tutmadı

Aktual

23 Fevral 2019, 12:54

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilib.

 

Baxış zamanı alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı