Modern.az

Türkiyə Dardanel boğazını yenə bağladı

Türkiyə Dardanel boğazını yenə bağladı

Aktual

23 Fevral 2019, 17:30

Türkiyə həftə ərzində artıq ikinci dəfədir ki, Dardanel boğazını beynəlxalq gəmilər üçün bağlayıb.

 

Modern.az-ın məlumatına görə, boğazda gəmilərin hərəkəti səhər saat 09:15-dən dayandırılıb. Gəmilərin hərəkətinin dayandırılmasına səbəb kimi isə hazırda müşahidə olunan güclü külək və yağış göstərilir.

 

Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmilər üçün fevralın 21-də bağlanmışdı. Həmin gün boğazda hərəkət qatı duman səbəbindən dayandırılmışdı.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz