Modern.az

Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalandı

Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalandı

Aktual

23 Fevral 2019, 18:43

Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalanıb.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Qeqarkunik rayonu hərbi komissarının müavini A.P.-ni vətəndaşın hərbi biletinə qanunsuz qeyd etmək üçün böyük məbləğdə rüşvət aldığı zaman saxlayıblar.

 

Faktla bağlı yayılmış məlumatda bildirilir ki, 2019-cu il fevralın 11-də hərbi komissarın müavini hərbi biletinə yalan məlumatlar əlavə etmək məqsədilə hərbi mükəlləfiyyətli vətəndaşdan 1000 dollar məbləğində rüşvət tələb edib. Fevralın 19-da keçirilmiş əməliyyat zamanı məmur həbs edilib, onun və hərbi komissarlığın daha bir əməkdaşının barəsində cinayət işi qaldırılıb.

 

Ermənistanda daha bir yüksəkvəzifəli məmur – Qida Təhlükəsizliyi Xidmətinin Şirak rayon idarəsinin rəisi Anuş Mnatsakyan da saxta ərzaq məhsullarına sertifikat vermək üçün rüşvət aldığına görə həbs olunub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı