Modern.az

Yardımlıda itlərini dalaşdıranlar özləri əlbəyaxa oldular

Yardımlıda itlərini dalaşdıranlar özləri əlbəyaxa oldular

Aktual

23 Fevral 2019, 23:55

Yardımlıda Şovud və Ləzran kəndləri arasındakı Abudərə adlı ərazidə bir qrup şəxs arasında kütləvi dava baş verib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, itləri döyüşdürmək üçün bir araya gələn rayon sakinləri arasında bir müddət sonra münaqişə baş verib. Münaqişə zamanı üç nəfər bıçaqlanıb. Onlardan ikisi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, biri isə Yardımlı xəstəxanasına aparılıb. Lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

 

Ölən Yardımlının Ləzran kənd sakini Bəhruz adlı şəxsdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı