Modern.az

Səudiyyə Ərəbistanı tarixində İLK - Qadın səfir təyin olundu

Səudiyyə Ərəbistanı tarixində İLK - Qadın səfir təyin olundu

Aktual

24 Fevral 2019, 11:25

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın səfir təyin edilib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, şahzadə Rima bint Bəndər krallığın ABŞ-dakı səfiri təyin edilib.

Bu barədə qərarı vəliəhd şahzadə Məhəmməd bin Salman imzalayıb və xanım diplomata səfir rütbəsi verib.

Qeyd edək ki, Rima şahzadə Bəndərin qızıdır. Bəndər 1983-2005-ci illərdə ölkəni ABŞ-dakı diplomatik missiyasına rəhbərlik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!