Modern.az

Bakıda piyada avtobusun altında qalıb

Bakıda piyada avtobusun altında qalıb

Aktual

24 Fevral 2019, 12:57

Bakıda avtobusun altına yıxılan piyada xilas edilib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dayanacaqda dayanmış avtobusun altına düşən 1 nəfər piyadanın xilas olunması üçün müraciət daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı