Bu gün Moldovada parlament seçkiləri keçirilir.
Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:00-da ölkə üzrə 2018 seçki məntəqəsi açılıb.
Məlumata əsasən, seçkilərdə təhlükəsizliyi 4 mindən artıq polis əməkdaşı təmin edəcək. Seçkiləri 3 mindən artıq müşahidəçi izləyəcək.
Səsvermə yerli vaxtla saat 21:00-da yekunlaşacaq.