Modern.az

Hindistanda spirtli içkidən ölənlərin sayı 140-a çatıb

Hindistanda spirtli içkidən ölənlərin sayı 140-a çatıb

Aktual

24 Fevral 2019, 14:32

Hindistanın Assam ştatında keyfiyyətsiz spirtli içkidən ölənlərin sayı 140 nəfərə çatıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu bazar günü ştatın səhiyyə naziri Himanta Bisva Şarma deyib.

Onun sözlərinə görə, daha 300 nəfər xəstəxanalardadır, bəzilərinin vəziyyəti ağırdır.

Bundan əvvəl ölənlərin 98 nəfər olduğu məlum idi.

"Ölən və zərərçəkənlərin sayı hər dəqiqə artmaqdadır", - deyə "News18" telekanalı nazirin sözlərini sitat gətirir.

O qeyd edib ki, təkcə son sutka ərzində təqribən 50 nəfər həyatını itirib.

Zəhərlənmə ştatın iki dairəsində - Qolahat və Corhatda baş verib. Assam ştatında ölüm halları barədə məlumat cümə axşamından etibarən daxil olmağa başlayıb. Ölənlərin əksəriyyəti Assam çay plantasiyalarının işçiləridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı