Suriyanın Hama əyalətinin Vadi əl-Azib kəndində işçiləri daşıyan avtobus minaya düşüb.
Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 24 nəfər həlak olub.
Qeyd edilir ki, avtobusun düşüdüyü mina İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub.