Bakıda gənc oğlan itkin düşüb.
Modern.az ONA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev fevralın 22-də metronun "Azadlıq" stansiyası yaxınlığında itkin düşüb. Onun itkin düşməsi barədə yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb. Həmin məlumatlarda qeyd olunur ki, Pərviz Quliyevin boyu 175 santimetrdir. İtkin düşərkən onun əynində qara rəngli gödəkcə və cins şalvar olub.
Onu görənlərdən Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və ya (055) 704 00 79 nömrəsinə məlumat vermələri xahiş olunur.