Modern.az

Magistraturaya qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradıldı

Magistraturaya qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradıldı

Aktual

25 Fevral 2019, 09:58

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

 

Bakalavrlar Apelyasiya Komissiyasına 25, 26, 27 fevral 2019-cu il tarixlərində saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı