Modern.az

Evdə yanğın, 75 yaşlı qadın tüstüdən boğulub öldü - GORANBOYDA

Evdə yanğın, 75 yaşlı qadın tüstüdən boğulub öldü - GORANBOYDA

Aktual

25 Fevral 2019, 10:19

Goranboyda 2 otaqlı ev yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Səmədabad kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb və orada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır