Modern.az

Ağdaşda yeni doğulmuş körpə ölüb

Ağdaşda yeni doğulmuş körpə ölüb

Aktual

25 Fevral 2019, 10:47

Ağdaşda yeni doğulmuş körpə ölüb.

Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından ONA-ya bildirilib ki, hadisə Ağdaş rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Güvəkənd kənd sakini, Əfsanə Hacıyeva fevralın 20-də saat 23 radələrində 37 həftəlik hamiləliklə xəstəxananın doğum şöbəsinə daxil olub.

Fevralın 21-də Ə. Hacıyeva oğlan uşağı dünyaya gətirib. Körpə tənəffüs çatışmazlığından küvəzə qoyulub və iki gün sonra orada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə edilib, meyitin daxili və xarici müayinəsi həyata keçirilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı