Modern.az

Roza Əliqızı Türkiyədə “Xocalı Soyqırımı-27” adlı görüşlər keçirir  

Roza Əliqızı Türkiyədə “Xocalı Soyqırımı-27” adlı görüşlər keçirir   

Aktual

25 Fevral 2019, 14:47

“Əsgər Ailəsi Cəmiyyəti”nin sədri, hərbi jurnalist Roza Əliqızı artıq bir aya yaxındır ki Türkiyədə “Xocalı Soyqırımı -27” adlı konfrans və görüşlər keçirməkdədir.

Roza Əliqizi Modern.az-a deyib ki, Türkiyədə tədbirlər keçirmək üçün qardaş ölkənin Təhsil Nazirliyinə müraciət edib. Bu müraciət qəbul edilib, məktəblər və liseylərdə Xocalı soyqırımını və Qarabağ gerçəkliklərini anlatmağa izn verilib.

Məktb və liseylərdə görüşlər keçərən Roza Əliqızının dediyinə görə, hər görüşdə öncə iki ölkənin marş və himni səslənib, şəhidlərin ruhlarina hörmət olaraq 1 dəqəqə sayğı duruşu göstərilib.

Tədbirdə şəhid ailələri, qazilər və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Alpoğuz Anadolu Məslək liseyi, Nevar Salih İşgören liseüyi, Anadoluu Texniki liseyi, Düz lisey və Heydər Əliyev liseyində keçirilən görüşlərdə Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyalar gəncləri təsirləndirib. Nəticədə mətktəb rəhbərliyi gələcək görüşlərdə bu kimi kompozisiya və sujetlərin daha az təsirli verilməsini xahiş ediblər


“Əsgər Ailəsi Cəmiyyəti”nin sədri Roza Əliqızı, Tahirə Qorxmaz və Mehmet Ay çıxışlarında Xocalı soyqırımı haqqında məlumat verib, faktlarla ermənilərin dünyada görünməyən vəhşiliklər etdiyindən danışıb, gənclərin verdiyi sualları cavablandırıblar. Tədbirlər davam edir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı