Ermənistanda qalmaqallı general Manvel Qriqoryanın oğlunun evi qarət edilib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Armavir vilayətinin istintaq idarəsində külli miqdarda oğurluq faktı üzrə cinayət işi açılıb.
Məlumatlara görə, naməlum şəxslər general oğlunun evinin pəncərəsindəki barmaqlığı sındıraraq, mənzildən bahalı əşyalar, rəsm əsərləri oğurlayıblar. Həmçinin Karen Qriqoryanın arvadının geyim əşyaları, sənədlər və "Vinçester" tapançası oğurlanıb.
Polis cinayətkarların şəxsiyyətini müəyyənləşdirmək üçün lazımi tədbirlər görür.
Eçmiədzinin sabiq meri Karen Qriqoryan Azərbaycan torpaqlarının işğalında ciddi rol oynamış general Manvel Qriqoryanın oğludur.