Modern.az

Bakıda məşhur restoran sahibinin meyiti tapıldı

Bakıda məşhur restoran sahibinin meyiti tapıldı

Aktual

26 Fevral 2019, 20:26

Bakıda məşhur ailə restoranı olan “Şır-Şır”da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.

Modern.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.

 

Məlumata görə, Elburus Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz