Modern.az

“Vikipediya”da Xocalı soyqırımı ilə bağlı 6 dildə məqalələr yaradıldı  

“Vikipediya”da Xocalı soyqırımı ilə bağlı 6 dildə məqalələr yaradıldı  

Aktual

27 Fevral 2019, 10:23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində Xocalı faciəsi ilə bağlı “Vikipediya”da müxtəlif dillərdə məqalələr yaradılıb.

MEK-dən Modern.az-a bildirilib ki, “Vikipediya”da Xocalı soyqırımı ilə bağlı ispan və Ukrayna dillərində 8, yunan, italyan və ərəbcə 12, fars dilində isə 3 məqalə yaradılıb.
Ərəb və fars dillərində məqalələr Azərbaycan Dövlət Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.

“Xocalı abidəsi”, “Ana harayı abidəsi”, “Haaqa şəhərində Xocalı abidəsi”, “Xocalı soyqırımının tanınması” və digər məqalələrdə Xocalı faciəsi barədə ətraflı məlumat verilir, onun acı nəticələrindən söz açılır. Milli qəhrəmanlar Əlif Hacıyev və Tofiq Hüseynov haqqında məlumatlarda isə onların həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilir, Xocalının müdafiəsi zamanı göstərdikləri şücaətlərdən söz açılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı