Modern.az

Bakıdakı yaşayış binasında YANĞIN: 1 nəfər zəhərləndi, 15 nəfər xilas edildi  

Bakıdakı yaşayış binasında YANĞIN: 1 nəfər zəhərləndi, 15 nəfər xilas edildi   

Aktual

27 Fevral 2019, 10:55

 Fevralın 27-nə keçən gecə Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca kommunikasiya xətləri 15 p.m yanıb, yüksək temperaturdan 4-cü mərtəbəsinin dəhlizinin lambirindən ibarət tavanı 40 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 15 nəfər (o cümlədən 3 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı