Modern.az

“Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac”

“Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac”

Aktual

27 Fevral 2019, 14:49

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. “Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac” devizi ilə keçirilən kampaniyaYasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

 

Modern.az xəbər verir ki, Universitetin çoxsaylı tələbəsinin iştirakı ilə keçirilən aksiyada təyin edilmiş ərazidə 100 ədəd müxtəlif növ ağac əkilib. Ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq keçirilən aksiyada, eyni zamanda, həmin ərazidə əvvəllər əkilmiş ağaclara qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı