Modern.az

İcra başçısının ölümü ilə bağlı cinayət işi açıldı

İcra başçısının ölümü ilə bağlı cinayət işi açıldı

Aktual

27 Fevral 2019, 18:34

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölümü ilə bağlı cinayət işi başlanıb.

 

Modern.az xəbər verir ki, Yasamal rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq) maddəsi ilə iş başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub və zəruri istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Rövşən İbrahimov fevralın 24-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində yerləşən mənzilində dünyasını dəyişib. Onun dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...