Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik Əhliman Əmiraslanov bu gün Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.
Modern.az xəbər verir ki, qəbulda, həm Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər, həm də səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar iştirak etmişdir. Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar müxtəlif xəstəliklərin müalicəsinə köməklik göstərilməsi üçün, seçicilər isə, əsasən sosial problemlər, işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar.
Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq köməklik göstəriləcəyini bildirdi.