Modern.az

Ötən günün yol QƏZALARI: 3 ölü, 2 yaralı

Ötən günün yol QƏZALARI: 3 ölü, 2 yaralı

Aktual

28 Fevral 2019, 09:36

2019-cu il fevralın ayının 27-dən 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat  açıqlanıb.

  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, gün ərzində 36 cinayətin  üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətinaçılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı