Modern.az

Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır

Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır

Aktual

28 Fevral 2019, 10:33

Bu gün rezidenturaya sənəd qəbulu başa çatır.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, fevralın 28-i saat 10.30-a olan məlumata əsasən 912 namizəd (Azərbaycan bölməsi - 783; rus bölməsi - 129) elektron ərizəsini təsdiqlədib. Namizədlər bu gün saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyənlər imtahana buraxılmırlar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı