Modern.az

İtkin düşən keçmiş ANS-çinin asılmış meyiti tapıldı - Cinayət işi açıldı

İtkin düşən keçmiş ANS-çinin asılmış meyiti tapıldı - Cinayət işi açıldı

Aktual

28 Fevral 2019, 18:06

Bir neçə gün əvvəl itkin düşmüş Gəncə sakini 1990-cı il təvəllüdlü Pərviz Quliyevin Sumqayıtda dəniz kənarında asılmış vəziyyətdə meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, meyit müayinə olunmaq üçün Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təqdim edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xatıladaq ki, fevral ayının 22-dən itkin düşən düşən Pərviz Quliyevin meyiti bu gün Sumqayıtda "Mayak" adlanan ərazidə aşkarlanıb. P.Quliyev sonuncu dəfə metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.

***

Sumqayıt şəhərində dəniz kənarından kişi meyiti tapılıb.

Modern.az saytı ONA-ya istinadən xəbər verir ki, şəhərin dənizkənarında, "Mayak" adlanan ərazidə asılmış kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev olması müəyyən edilib.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 


Modern.az-ın məlumatına görə, P.Quliyev fevralın 22-dən yaxınları tərəfindən axtarılırdı. O, ANS TV-nin sabiq işçilərindəndir.

29 yaşlı Pərviz Quliyev ANS TV bağlanana qədər orada çalışıb. Bu məlumatı keçmiş ANS-çilər də sosial şəbəkədə paylaşıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı