Modern.az

Bakıda tələbələrin bıçaqlanması ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB

Bakıda tələbələrin bıçaqlanması ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB

Aktual

1 Mart 2019, 11:43

Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.

Modern.az Trend-ə istinadən xəbər verir ki, fevralın 28-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində 3 tələbənin bıçaqlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, fevralın 28-də paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində bir qrup şəxslər arasında kütləvi dava olub.

 

Dava zamanı 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb, 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

1 saylı Klinik Tibbi Mərkəzə çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bıçaqlanan şəxslər Memarlıq və İnşaat Universitetinin tələbələridir.

***

Binəqədi rayonunda 9 tələbənin iştirakı ilə dava düşüb. 

Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq metrostansiyasının yaxınlığındakı parkda baş verib. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 9 nəfər ikinci kurs tələbəsi aralarında mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.

Qeyd edək ki, M.Vəlizadənin vəziyyəti ağırlaşıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı