Modern.az

Bakı Ali Neft Məktəbi Yaponiyanın TV proqramında - VİDEO

Bakı Ali Neft Məktəbi Yaponiyanın TV proqramında - VİDEO

Aktual

1 Mart 2019, 17:22

Yaponiyanın məşhur Fuji Telekanalı özünün ‘Naruhodo! The World’ adlı proqramında Bakı Ali Neft Məktəbini (BANM) öz geniş auditoriyasına təqdim edib.

 

Bakı Ali Neft Məktəbindən Modern.az-a verilən məlumata görə, proqramda aparıcı qismində çıxış edən Yaponiyanın tanınmış aktrisası Hitomi Kuroki BANM-da olub və Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin laboratoriya dəsrlərinə qatılıb.

 

Yaponiyada neft sənayesi böyük maraqla qarşılandığından aparıcı tələbələrə bu sahə ilə bağlı bir sıra maraqlı suallar ünvanlayıb.

 

O eyni zamanda BANM tələbələrinə niyə neft-qaz mühəndisliyini və bu sahədə niyə məhz BANM-ı seçdiklərini sual verib. Cavabında isə tələbələr bu sahədə mütəxəssislərin daha çox maaş aldıqlarını, BANM-ın isə ölkədə bu sahə üzrə ən güclü təhsil verən ali təhsil müəssisəsi olduğunu bildiriblər.

Proqramda BANM-ın kampusunun ətrafında yerləşən neft buruqlarından görüntülər də yer alıb.

 

Yaponlar həmçinin Azərbaycanın turistik yerlərini, eləcə də, Bakı, milli adət-ənənə və mətbəxlə bağlı maraqlı kadrları və faktları Fuji TV izləyicilərinə çatdırıblar.

Qeyd edək ki, İlk dəfə 1981-ci ildə yayımlanan proqram bugünə kimi 700-dən çox verilişlə ekrana çıxıb.

 

Proqramın Ali Məktəblə bağlı süjetindən qısa çıxarışı sizə təqdim edirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı