Modern.az

Bakıda 19 yaşlı gənc bıçaqlandı

Bakıda 19 yaşlı gənc bıçaqlandı

Aktual

1 Mart 2019, 20:52

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib.

Pirşağı sakini, 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu qəsəbə ərazisində naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 2 bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı