Modern.az

Bakıda futbol məktəbində baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda futbol məktəbində baş verən yanğın söndürüldü - YENİLƏNİB

Aktual

2 Mart 2019, 11:00

Bakıda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub. 

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanıb.

Yanğın söndürülüb.

***

Bakının Binəqədi rayonundakı "Vətən" idman mərkəzində güclü yanğın başlayıb.

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında olub.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı