Modern.az

Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasında birgə sədrliyə başlayır

Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasında birgə sədrliyə başlayır

Aktual

2 Mart 2019, 13:15

Fransa və Almaniya mart-aprel aylarında BMT tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasında iki ölkənin birgə sədrliyinə başlayacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkənin daimi nümayəndələri Fransua Delatr və Kristof Hoysqgen tərəfindən martın 1-də təqdim olunan hazırkı gündəliyə əsasən, Yaxın Şərq problemləri, Koreya yarımadasının nüvəsizləşdirilməsi, həmçinin Afrika ölkələrində vəziyyət Təhlükəsizlik Şurasında əsas debat mövzuları olacaq.

Təhlükəsizlik Şurası Paris və Berlinin sədrliyi ilə Suriya, Yəmən, Mali, həmçinin Sahel, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Burundi, Haiti və Qərbi Saxara regionlarındakı vəziyyəti izləməyə davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı