Modern.az

Hava limanında iki təyayrə toqquşdu

Hava limanında iki təyayrə toqquşdu

Aktual

2 Mart 2019, 20:13

ABŞ-ın Nyuark şəhərinin hava limanında iki təyayrə toqquşub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hərəkətdə olan təyyarə qanadları ilə park olunmuş digər təyyarəyə dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Hava limanının "Tvitter"dəki rəsmi səhifəsində bildirilir ki, hadisə yerli vaxtla səhər saat 07:00 radələrində baş verib: "Southwest Airlines" aviaşirkətinin sərnişinləri digər reyslərə yenidən qeydiyyatdan keçiriləcəklər".

 

Hadisənin səbəbləri məlum deyil. Hava limanı hava şəraitinin əlverişsiz olması ilə bağlı sərnişinləri gecikmələr barədə xəbərdar edib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...