Modern.az

Hindistan Pakistan sərhəddində atışma: ölənlər var

Hindistan Pakistan sərhəddində atışma: ölənlər var

Aktual

2 Mart 2019, 21:02

Hindistan və Pakistan arasında Kəşmirdəki nəzarət xəttində atışma baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, atışma nəticəsində 3 hindistanlı, 4 pakistanlı ölüb. Hadisə nəticəsində daha 2 pakistanlı isə yaralanıb.

Pakistan Ordusunun mətbuat xidməti qarşıdurmanın Kəşmir sərhəd xəttindəki bölgələrdə hind əsgərlərinin ağır silahlarla atəş açmasındən sonra başladığını bildirib.

Hind rəsmiləri isə Pakistanın açdığı atəş nəticəsində 3 mülki vətəndaşın öldüyünü bildiriblər.

Qeyd edək ki, iki ölkə arasındakı gərginlik bir müddət əvvəl Pulvama hücumunda Hindistanın Pakistanı ittiham etməsindən sonra başlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı