Modern.az

Sumqayıtda azyaşlının üstünə qaynar su töküldü

Sumqayıtda azyaşlının üstünə qaynar su töküldü

Aktual

3 Mart 2019, 00:16

Sumqayıt şəhərində uşaq bədbəxt hadisə nəticəsində yanıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə 13-cü mikrorayon, ev 37, mənzil 21-də qeydə alınıb.

 

Mənzildə nəzarətsiz qalan 1,4 yaşlı Turqay Qayıbxanovun üzərinə içi qaynar su ilə dolu çaydan aşıb. Nəticədə azyaşlı ağır yanıq xəsarətləri alıb. Yaxınları dərhal körpəni Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. İlkin tibbi müdaxilə edilib. Ona I və II dərəcəl termik yanığı diaqnozu qoyulub. Ancaq valideynlərinin təkidi ilə azyaşlı xəstəxanadan çıxarılaraq digər tibb müəssisəsinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı