Modern.az

Hacıqabulda avtomobil kanala aşdı

Hacıqabulda avtomobil kanala aşdı

Aktual

3 Mart 2019, 12:50

Hacıqabulda avtomobil kanala aşıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, qəza rayonun Abdulabad kəndində baş verib. Kanalın üzərindəki ensiz körpüdən keçmək istəyən Ağsu rayon sakini Xəyyam Mehdiyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil aşıb. Nəticədə sürücü xırda sümük sınıqları ilə xəsarət alıb. O, Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Avtomobildə olan sərnişin Təzəgül Mehdiyeva yüngül xəsarət alıb, ona ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, bu, son beş gündə həmin körpüdə ikinci avtomobil qəzasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı