Modern.az

Süpürgəçi avtobusdan tapdığı 400 min dolları polisə təhvil verdi

Süpürgəçi avtobusdan tapdığı 400 min dolları polisə təhvil verdi

Aktual

3 Mart 2019, 14:35

Londonda süpürgəçi avtobusların birində tapdığı 300 min funt sterlinq (təxminən 396 min dollar -red) paytaxt polisinin  Britaniya  xidmətinə təhvil verib.

 

Modern.az Report-a istinadən bildirir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.

 

Qəzetin məlumatına görə, sərnişinlərdən biri böyük məbləğdə pulu avtobusda qəhvəyi rəngli zərfdə unudaraq nəqliyyat vasitəsini tərk edib. Pulu tapan qadın isə onu polisə verib.

 

Nəşr pulu polisə təhvil verən dürüst süpürgəçinin adını açıqlamayıb. Ancaq qeyd edilir ki, o, Londonun təmizlik xidməti göstərən şirkətlərindən birinin əməkdaşıdır.

 

Daha əvvəl Londonda tərkibində yüksək həcmdə duz, şəkər, yağ olan yemək və içkilərin nəqliyyatdakı reklamına qadağa qüvvəyə minib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı