Modern.az

Avtomobil yolu keçmək istəyən piyadaları vuraraq ÖLDÜRDÜ

Avtomobil yolu keçmək istəyən piyadaları vuraraq ÖLDÜRDÜ

Aktual

3 Mart 2019, 17:57

Ucarda yolu keçmək istəyən piyadaları minik maşını vurub.

 

Modern.az Report-a istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisində qeydə alınıb.

 

Avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadanın biri aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Digər yaralı əraziyə gələn YPX əməkdaşları tərəfindən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Hazırda ölənlərin və hadisəni törədən sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı