Modern.az

ABŞ Venesuelaya qarşı koalisiya yaradır

ABŞ Venesuelaya qarşı koalisiya yaradır

Aktual

3 Mart 2019, 22:29

ABŞ Venesuelada hakimiyyəti dəyişmək üçün koalisiya yaratmağa cəhd edir.

Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

 

Con Bolton qeyd edib ki, Rəsmi Vaşinqton hakimiyyətin dinc yolla Nikolas Madurodan Xuan Quaidoya ötürülməsi üçün dəstək toplamağa cəhd edir: "Mən başdan ayağa korrupsiyaya bulaşmış rejimin dəyişdirilməsi üçün bizim mümkün qədər toplaya biləcəyimiz koalisiya görmək istərdim”.

 

Qeyd edək ki, daha əvvəl Xuan Quaido öz tərəfdarlarını hazırkı hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı