"Hatəm Taidən səxavətli olan görkəmli Azərbaycan mesenatı H.Z.Tağıyevin Petrovskidəki Qızlar Məktəbinin varlığı haqqında"
adlandırdığım yazını fevralın 27-də yaylmlanmaq və türk dünyasına çatdırmaq üçün dostlarıma göndərmişdim. Bu poçtnamədən bir gün sonra Bakıda maraqlı və gözlənilən bir tədbir keçirildi. Ölkənin bir sıra mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin görüşünə dəvət olundu.
Maraqlı fikir müvadiləsi oldu və səslənən fikirlər bütün dünyaya çatdırıldı.
Görüşdə H.Z.Tağıyevin xidmətləri də xatırlandı və onun evinin yaxınlığındakı kiçik bir bağda heykəlinin ucaldılması arzusu səsləndirildi.
Prezident bu təklifə məmnuniyyətlə razılıq verdi.
Bu şad xəbərdir.
Mənə elə gəlir ki,H.Z.Tağyein heykəli Tarix Muzeyinin Bakı Bulvarına
fərəf uzanan küçə istiqamətində, təxminən keçmiş Lenin mezeyinin önundə - Bulvar ərazisində ucaldılsa, daha yaxşı olar.
Burada ərazi böyükdür, ziyarəyə gələnlər və yoldan keçənlər üçün baxış bucağı daha əhatəlidir.
H.Z.Tağıyevin heykəli üçün daha geniş ərazi seçilməlidir
Heykəldən H.Z.Tağıyevin evinə istiqamətlənən yeraltı keçid də yaradıla bilər.
Neftçilər prospektinin adı da dəyişdirilib, H.Z.Tağıyev PROSPEKTİ və ya ALLEYASI adlandırıla bilər.
O ki qaldı Bəhram Bağırzadənin səsləndirdiyi bağa, orada görkəmli dövlət xadimi Əziz Əliyevin heykəlinin ucaldılması daha münasibdir. Belə ki, dövlətçilik və elm tariximizdə şərəfli yer tutan Əziz Əliyvin evi bu bağa açılır. Əziz Əliyev hələ öz sağlığında yaxşı işlərinə görə dünya miqyasında heykəlləşən insanlardan biridir.
Yeri gəlmişkən,əvvəllər arzu edilən heykəllərinin ucaldılması təklifləri də unudulmamalıdır.
Məsələn,M.Ə.Rəsulzadənin heykəlini Sahil metrosunun yaxınlığındakı bağda ucaldıması barədə mütəxəssislərin fikri öyrənilməli, bu məsələ Bakı Dövlət Universitetinin 100 illik yubileyinədək öz müsbət həllini tapmalıdır.
Nazim Nəsrəddinov,
Əməkdar müəllim
04.03.2019.