Ucarda 2 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.