Modern.az

Prezident Gəncəyə 11 milyon manat ayırdı  

Prezident Gəncəyə 11 milyon manat ayırdı   

Aktual

4 Mart 2019, 12:29

Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:

 

“Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11,0 (on bir) milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4,0 (dörd) milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1,0 (bir) milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6,0 (altı) milyon manat ayrılsın”.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı