Modern.az

Ağstafanın Həsənsu kəndində idman zalı istifadəyə verildi

Ağstafanın Həsənsu kəndində idman zalı istifadəyə verildi

Aktual

4 Mart 2019, 13:10

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Həsənsu  kəndində inşa edilən Fitnes Klubda Kickboks üzrə yaradılan şəraitlə yaxından tanış oldu.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun Gənclər və İdman idarəsi eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 

İcra başçısı  Azərbaycan idmanının uğur və nailiyyətlərindən, kikboksinq idman növünə gənclərin böyük marağından danışıb. Azərbaycanın artıq beynəlxalq idman arenasında özünəməxsus yer tutaraq, Bakıda keçirilən ilk Avropa Oyunlarının ölkə idmanının uğurlarından xəbər verdiyini diqqətə çatdırılıb. İş adamı Əhəd Bağırovun təşəbbüsü ilə ərsəyə gələn idman zalı, gənc idman sevərlərin istək və maraqları nəzərə alınaraq  tikilibdir. Sonda ölkədə idmançılara yaradılan hər cür imkan və şəraitə görə, möhtərəm Prezident İlham Əliyevə minnətdarlıq bildirildi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı