Modern.az

Problemli kreditlərlə bağlı "Qaynar xətt"in nə vaxt yaradılacağı açıqlandı

Problemli kreditlərlə bağlı

Aktual

4 Mart 2019, 13:37

Maliyyə Nazirliyində vətəndaşların problemli kreditlərlə bağlı müraciətlərini cavablandırmaq üçün "Qaynar xətt" yaradılacaq.

Modern.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin mövcud internet portalında bu məsələ ilə bağlı xüsusi bölmə yaradılıb. Prezidentin Fərmanında ödənişlərlə məşğul olmaq Maliyyə Nazirliyinə tapşırılıb və təşkilatlar qarşısında 45 gün müddət qoyulub. Bu 45 gün müddət başa çatdıqdan sonra nazirliyin sözügedən məsələ ilə bağlı “Qaynar xətt”i yaradılacaq. Vətəndaşlar öz sual və müraciətlərinə bu “Qaynar xətt”ə zəng edərək cavab tapa bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı