Modern.az

Məmur olmaq istəyənlərin nəzərinə – kurslar açıldı

Məmur olmaq istəyənlərin nəzərinə – kurslar açıldı

Aktual

4 Mart 2019, 15:43

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ödənişli əsaslarla dövlət qulluğuna (BA və BB vəzifə qrupları üzrə), ədliyyə və məhkəmə orqanlarına qəbul olunmaq istəyən namizədlər üçün hazırlıq kursları təşkil edir.

Modern.az-ın məlumatına görə, kurslar hüququn müvafiq sahələri üzrə tədris proqramları əsasında Akademiya tərəfindən cəlb olunmuş təcrübəli təlimçilər tərəfindən aparılır.

Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı qeyd edilən telefon nömrəsi və e-mail vasitəsilə Akademiyaya müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Telefon: (012) 493-71-31 (103)

E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...