Modern.az

Azərbaycanda polis rəisi işdən çıxarıldı

Azərbaycanda polis rəisi işdən çıxarıldı

Aktual

4 Mart 2019, 19:18

Xocavənd rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Xocavənd rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı  Yadigar Hüsən oğlu Hüseynov tutduğu vəzifədən azad edilib.

 

Onun yerinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, Y.Hüseynov bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!