Modern.az

52 yaşlı kişi itkin düşdü

52 yaşlı kişi itkin düşdü

Aktual

5 Mart 2019, 11:35

Şəkidə 52 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə,  1967-ci il təvəllüdlü  Şəki rayonu Cumakənd  sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxanda əynində qara rəngli palto və şalvar , göy jaket, ayağında açıq qırmızı rəngli çəkmə  olub.  Boyu 167 sm, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı